Ərdoğan Azərbaycanla bağlı sazişləri təsdiqlədi

20 Fevral 2021 09:47 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında energetika və mədənçilik sahələrində əməkdaşlıq haqqqında Saziş”i və “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi-maliyyə əməkdaşlığı haqqında Saziş”i təsdiq edib.

APA-nın xəbərinə görə, bu barədə Türkiyənin “Resmi Gazete”sində məlumat verilib.

Sazişlər imzalandığı gündən qüvvəyə minib.

AzNews.az