Vilayət Eyvazovdan növbəti TƏYİNAT

20 Fevral 2021 11:27 (UTC+04:00)

Daxili İşlər Nazirliyində növbəti kadr islahatı olub.

Musavat.com xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Azər Hüseynov Mingəçevir Şəhər Polis Şöbəsinə xidmət üzrə rəis müavini təyin olunub.

O, bundan əvvəl Hacıqabul Rayon Polis şöbəsində müavin vəzifəsində çalışıb.