Qazaxda iki avtomobil toqquşub

20 Fevral 2021 22:30 (UTC+04:00)

Qazax rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qəza Bakı-Qazax avtomobil yolunun Qazax rayonunun Daş Salahlı kənd ərazisindən keçən hissəsində qeydə alınıb.

"Mercedes" və "Opel" markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.(Report)

AzNews.az