Ərlə arvadı yolu keçərkən maşın vurub

20 Fevral 2021 23:58 (UTC+04:00)

Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi zamanı 2 nəfər ağır xəsarət alıb.

AzNews.az xəbər verir ki, hadisə Binəqədi rayonunda, “Mal bazarı” kimi tanınan ərazidə qeydə alınıb.

1952-ci il təvəllüdlü Xanlar Ağayev və onun həyat yoldaşı, 1963-cü il təvəllüdlü Elmira Ağayeva yolu keçərkən onların hər ikisini avtomobil vurub. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinə məlumat verilib.(APA)

AzNews.az