Avropa İttifaqının xüsusi nümayəndəsi Ermənistana səfər edib

21 Fevral 2021 19:30 (UTC+04:00)

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Yerevana səfər edib.

Toivo Klaar bu barədə "Twitter" hesabında bildirib.

T. Klaar qeyd edib ki, vacib görüşlər üçün bir neçə gün Yerevanda olacaq: "Vəziyyəti Ermənistan perspektivindən daha yaxşı anlamağa çalışacağam". (APA)

AzNews.az