Gədəbəydə kişi güllələndi

21 Fevral 2021 22:15 (UTC+04:00)

Gədəbəydə silahlı insident baş verib.

AzNews.az xəbər verir ki, orta yaşlı kişi güllə yarası ilə xəstəxanaya yerləşdirilib.

Yaralı əməliyyat olunub.

Gədəbəydə baş verən hadisənin təfərrüatları sonradan məlum olub.

Verilən məlumata görə, 1978-ci il təvəllüdlü Fətullayev Qamət Şahmalı oğlu qarın nahiyəsindən ehtiyatsızlıqdan güllə yarası alıb.

DİN-in mətubat xidmətinin əməkdaşı Eşqin Qasımov bildirib ki, hadisə ehtiyatsızlıqdan baş verib.

Onun sözlərinə görə, kənd sakini 1990-cı il təvəllüdlü Tağıyev Elnur Qurban oğlu ov tüfəngi ilə dovşan vuran zaman 1978-ci il təvəllüdlü Fətullayev Qamət Şahmalı oğlu xəsarət alıb.

Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.(APA)

AzNews.az