Britaniyada son sutkada 215 nəfər koronavirusdan həyatını itirib

21 Fevral 2021 23:59 (UTC+04:00)

Böyük Britaniyada son sutka ərzində 9834 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 4 115 509 nəfərə çatıb. Bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Son sutka ərzində 215 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 120 580 nəfərə çatıb.(APA)