"Sədərək" ticarət mərkəzində dəhşətli hadisə - Fəhlə faciəvi şəkildə öldü

22 Fevral 2021 13:17 (UTC+04:00)

Bakıda fəhlə iş zamanı ölüb.

AzNews.az xəbər verir ki, hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "Sədərək" ticarət mərkəzində qeydə alınıb.

Orada tikinti işləri aparılan ərazidə fəhlə işləyən Bakı sakini Qayim Burcəliyev hündürlükdən yıxılıb. O, hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Qaradağ rayon Prokurorluğunda araşdırma aparılır.