"Zəfər yolu"nun çəkilişində bu türk şirkətləri iştirak edir

22 Fevral 2021 13:35 (UTC+04:00)

Füzuli rayonundan Şuşa şəhərinə yol çəkilişində Türkiyənin 2 şirkəti - Kolin İnşaat və Özgün Yapı şirkətləri iştirak edir.

AzNews.az -ın verdiyi məlumata görə, bunu bu gün keçirilən mətbuat konfransında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

"Məlumat üçün bildirim ki, avtomobil yolunun inşası “7 №-li Magistral Yol İstismarı” MMC, “16 № -li Xüsusi Təyinatlı Yol İstismarı” MMC, “AzVİRT” MMC və Türkiyənin 2 şirkəti - "Kolin İnşaat Sanayi Turizm ve Ticaret A.Ş" və "Özgün Yapı Sanayi ve Ticaret A.Ş" tərəfindən davam etdirilir".

Sədr bildirib ki, işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mülkiyyətində olan 2661 km uzunluğunda avtomobil yolu və 90 ədəd körpü də var.