"Bayraktar" Ermənistan ordusuna böyük zərbə vurub

22 Fevral 2021 13:45 (UTC+04:00)

2020-ci ildə şirkət ümumilikdə 360 milyon dollar məbləğində PUA ixrac edib.

Bu barədə "Baykar" şirkəti bildirib.

Qeyd olunub ki, ötən il “Bayraktar” aparataları İkinci Qarabağ müharibəsində geniş istifadə olunub. Ermənistan ordusunun çoxlu sayda havadan müdafiə, radar sistemlərini, tank və zirehli texnikasını, silah anbarlarını, yük maşınlarını, mövqelərini və canlı qüvvəsini məhv edib:

"Azərbaycan Silahlı Qüvvələrinin bütün dünyanı heyrətləndirən bu uğuru hərbi ekspertlər tərəfindən “Bayraktar”ların hərb tarixini dəyişdirəcək gücə malik olması kimi dəyərləndirilib". (Trend)

AzNews.az