Britaniyada Xocalı soyqırımının tanınması kampaniyası başladıldı

22 Fevral 2021 14:30 (UTC+04:00)

Böyük Britaniyada yaşayan azərbaycanlılar Xocalı soyqırımının tanınması üçün kampaniya başladıblar.

Kampaniya çərçivəsində soydaşlarımız tərəfindən yerli millət vəkilləri, bələdiyyə üzvləri, Britaniya Xarici İşlər Nazirliyi, Soyqırımı və İnsan Haqları üzrə parlament qrupu, Britaniya KİV-i və beynəlxalq insan hüquqları təşkilatlarına məktub ünvanlanacaq.

Bundan əlavə, 26 fevralda Azərbaycanın Britaniyadakı səfirliyi və Azərbaycan Evinin birgə təşkilatçılığı ilə Xocalı qurbanları yad ediləcək.(APA)

AzNews.az