Qırıcılar Bakı səmasında- Fotolar

12 İyun 2013 14:48 (UTC+04:00)



Bakıda iyun ayının 26-da keçiriləcək hərbi parada hazırlıq keçirilib.

Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri və helikopterləri paytaxtın səmasında parada hazırlıq çərçivəsində təlim uçuşları keçirib.

Əvvəl havaya təyyarələr qalxıbr. ANS PRESS-in məlumatına görə, təyyarələr Bakı buxtası, Azadlıq meydanı üzərindən uçuşlar həyata keçiriblər. Səmada təyyarələr 5-lik və 3-lük şəklində uçub. Onlar rəngli tüstülərlə Azərbaycan bayrağının əksini yaradıblar. Daha sonra təlimə hərbi helikopterlər qoşulublar.

Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalında MiQ-21, MiQ-25, MiQ-29, Su-17, Su-24, Su-25 və digər hərbi təyyarələr var.

Qeyd edək ki, bu Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyinə həsr olunan parad müstəqillik dövründə Silahlı Qüvvələrin dördüncü hərbi paradı olacaq. İlk hərbi parad 1992-ci il oktyabrın 9-da, ikinci hərbi parad 2008-ci, üçüncü hərbi parad isə 2011-ci il iyunun 26-da keçirilib. Paradda Azərbaycan Silahlı Qüvvələrinin nailiyyətlərinin, son illərdə sahib olduğu ən müasir silah və hərbi texnikaların nümayişi nəzərdə tutulur.

AzNews.az