Ankarada Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan tədbir keçirilib

23 Fevral 2021 11:15 (UTC+04:00)

Türkiyənin Ankara Universitetində Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan tədbir keçirilib.

AzNews.az xəbər verir ki, anım mərasimində Azərbaycanın təhsil naziri Emin Əmrullayev və ölkəmizin Türkiyədəki səfiri Xəzər İbrahim iştirak edib.

“Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahimlə birgə Ankara Universitetində keçirilən Xocalı soyqırımının növbəti ildönümünə həsr olunan tədbirdə iştirak etdik və professor, hüquq üzrə elmlər doktoru Cavid Abdullazadənin “Xocalıya Akademik baxış” mövzusunda təqdimatını izlədik”, - təhsil naziri tvitter səhifəsində yazıb.

Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahimlə birgə Ankara Universitetində keçirilən #Xocalı soyqırımının növbəti il dönümünə həsr olunan tədbirdə iştirak etdik və professor,hüquq üzrə elmlər doktoru Cavid Abdullazadənin “Xocalıya Akademik baxış” mövzusunda təqdimatını izlədik. pic.twitter.com/0hL0OcwQ09

— Emin Amrullayev (@EminAmrullayev) February 23, 2021