Ankarada Azərbaycan və Türkiyə Xarici İşlər nazirləri görüşüb.
AzNews.az xəbər verir ki bu barədə Azərbaycan XİN-in "Twitter" səhifəsində bildirilib.
Qeyd edilib ki, Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu arasında geniştərkibli görüş olub.
Qeyd edək ki, C.Bayramov Ankaraya işgüzar səfəri çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən də qəbul edilib.