Ermənistan "İsgəndər" raketi atıb, lakin raket partlamayıb - Paşinyandan Sarkisyana cavab

23 Fevral 2021 23:55 (UTC+04:00)

Ermənistan Azərbaycanla müharibə zamanı "İsgəndər" raketindən istifadə edib, lakin raket partlamayıb.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan erməni KİV-lərinə müsahibəsində deyib.

N.Paşinyan sabiq prezident Serj Sarkisyana cavabında bildirib: "İsgəndər" raketinin niyə partlamadığı və ya niyə, məsələn, 10 faizinin partladığı barədə sual versin".

Baş nazir həmçinin S.Sarkisyanın "məxməri inqilab"dan sonra silahların alınması proqramında dəyişikliklər edildiyi barədə sözlərini də təkzib edib.

S.Sarkisyanın hakimiyyəti Paşinyana deyil, Karen Karapetyana verdiyinə dair açıqlamasını şərh edən N.Paşinyan bildirib: "Bu rədd edilmiş necə kiməsə hakimiyyəti verib və ya verməyə bilərdi?".(Trend)

AzNews.az