Bu ölkədə sərt karantin rejiminin müddəti aprelə qədər uzadıldı

24 Fevral 2021 11:00 (UTC+04:00)

İrlandiya Nazirlər Kabineti tətbiq olunan sərt karantin rejiminin aprelin 5-dək uzadılması barədə qərar verib.

Bu barədə hökumət mənbələrinə istinadən “RTE” milli telekanalı məlumat yayıb.

Təsdiqlənmiş plana uyğun olaraq, ölkədə istisna olaraq ibtidai təhsil müəssisələri bağlanmayacaq. istisna ediləcək. Martın 8-dən etibarən uşaq bağçalarının açılması nəzərdə tutulub. Orta məktəblərdə isə təhsil aprelin 12-dən sonra bərpa olunacaq. (APA)

AzNews.az