Eldar Əzizov "qarın altında" qaldı - Bakıdan QAR FOTOLARI

24 Fevral 2021 12:55 (UTC+04:00)

Bu gün gecə saatlarından etibarən Bakıya qar yağıb. Uzun zamandır ki, qar gözləyən paytaxt sakinləri arzuladıqları təbiət hadisəsinin dadını çıxarmağa çalışıblar. Lakin yağan qar paytaxtın infrostrukturuna kəskin neqativ təsir göstərib. Sosial şəbəkə istifadəçilərinin paylaşımlarından məlum olur ki, paytaxtın bəzi massivlərində ictimai nəqliyyat işləməyib, elektrik, su və qaz verilişində kəsintilər meydana çıxıb. Sosial şəbəkə istifadəçiləri hesab edirlər ki, Bakı şəhər İcra hakimiyyəti "qarın altında" qalıb.

AzNews.az