Azərbaycan dekabrda Türkiyəyə təbii qaz nəqlini 19 % artırıb

24 Fevral 2021 13:48 (UTC+04:00)

Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında bildirilir.

Məlumata görə, bu, 2019-cu ilin eyni dövrü ilə müqayisədə 18,9 % çoxdur.

Hesabat ayında Azərbaycan Türkiyənin ümumi qaz idxalında II yerdə qərarlaşıb. I yeri 2 948 milyon kubmetrlik göstərici ilə Rusiya tutub, III yeri isə 818 milyon kubmetrlik göstərici ilə İran tutub. Bu ölkələr Türkiyəyə "mavi yanacaq" ixracını illik müqayisədə müvafiq olaraq 56,4 % artırıb və 4 % azaldıb.

Hesabat dövründə Türkiyənin idxal etdiyi qazın həcmi isə 15,6 % artaraq 6 260 milyon kubmetrə çatıb. Bunun 4 861 milyon kubmetri boru kəmərləri ilə nəql edilib ki, bu da illik müqayisədə 32,9 % çoxdur. (report)

AzNews.az