İki yük avtomobili toqquşdu, yaralılar var

12 İyun 2013 15:16 (UTC+04:00)
Bakı-Quba yolunun 42-ci kilometrliyində "KAMAZ" və "QAZEL" markalı iki yük avtomobili toqquşub.

AzNews.az FHN-in saytına istinadən xəbər verir ki, nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Hadisə nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılardan biri deformasiyaya uğrayan avtomobildə sıxılmış vəziyyətdə qalıb. O, xilasedicilərin köməkliyi ilə nəqliyyat vasitəsindən çıxarılıb və digər yaralılar kimi xəstəxanaya aparılıb. Sonda ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

AzNews.az