“Soyuqdan donuruq, bilmirik nə edək..." - Xırdalanın bir hissəsi işıqsız qalıb

24 Fevral 2021 13:24 (UTC+04:00)

Dünən gecədən etibarən Xırdalan şəhərinin bir hissəsi elektriksiz qalıb.

Bu barədə şəhər sakinləri məlumat veriblər.

“Güclü külək əsəndə, havalar soyuyanda elektrikin kəsilməsi adı haldır. Dünən də belə oldu. Hələ də işıqlarımız yanmır, evlər kombi ilə qızdırıldığına görə, soyuqdan donuruq” - deyə, məlumatda qeyd olunur. (azpolitika.info)

AzNews.az