Deputat İqbal Məmmədova məxsus Lerikdəki “Relax” İstirahət Mərkəzi fevralın 26-sı və 27-də xüsusi kampaniya elan edib.
Asiya.az xəbər verir ki, artıq bir neçə gündür İstirahət Mərkəzinin rəsmi səhifəsində bununla bağlı elan yerləşdirilib. Həmin elanda qeyd edilir ki, “Relax” fevralın 26 və 27-si, həftə sonu ilə əlaqədar kampaniya keçirir. Kampaniyaya bir gecə, iki gün olmaqla yanaşı, uşaqlar üçün əyləncələrin təşkili, konsert proqramı, diskoteka və digər əyləncələr nəzərdə tutulub. Bunun üçün isə 79 manat pul ödənilməsi lazımdır.
Kampaniyanın həqiqi olub-olmadığı ilə bağlı “Relax”ın nümayəndəsi ilə telefon əlaqəsi saxlayan Asiya.az-ın əməkdaşına bildirilib ki, belə bir proqram nəzərdə tutulub və İstirahət Mərkəzində yerləşmək üçün əvvəlcədən rezerv etmək lazımdır. O, qeyd edib ki, diskotekaların, konsertlərin və uşaq əyləncələrinin təşkili üçün bütün tədbirlər görülüb.