"26 fevralın Azərbaycan üçün nə qədər ağrılı gün olduğunu bilirəm" - keçmiş səfir Z.Qumberidze

24 Fevral 2021 19:31 (UTC+04:00)
"26 fevral tarixinin Azərbaycan üçün nə qədər ağrı-acılı gün olduğunu bilirəm".

AzNews.az xəbər verir ki, bunu Gürcüstanın Azərbaycanda 1997-2007-ci illərdə səfiri olan Zurab Qumberidze Tbilisidə Xocalı faciəsinə həsr olunan anım mərasimində çıxışında deyib.

O, Xocalı faciəsinin qurbanlarının xatirəsini ehtiramla yad etdiyini qeyd edib: "Şadam ki, münaqişənin həllinə nail olundu. Azərbaycanı ərazi bütövlüyünü bərpa etməsi münasibətilə tədrik edirəm".

Z.Qumberidzenin sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyev bölgədə sülhə nail olunması üçün böyük səylər göstərir: "Azərbaycan-Ermənistan münaqişəsinin həlli region üçün yeni imkanlar açacaq".(report)

AzNews.az