Türkiyə ədəbiyyatının çağdaş imzası Azərbaycanda- KİTAB EVİ

12 İyun 2013 15:20 (UTC+04:00)
Qanun Nəşriyyatı Türkiyənin çağdaş ədəbiyyatının tanınmış nümayəndəsi Çilər İlhanın hekayələr kitabını nəşr edib.

Nəşriyyatdan AzNews.az-a daxil olan məlumatda deyilir ki, Türkiyənin yeni ədəbi nəslinin nümayəndələrindən olan Çilər İlhanın hekayələri hansısa dünyagörüşü, hansısa həyat gerçəyini bir şeir parçası kimi ümumiləşdirmək gücündə olan qısa, yığcam mətnlərdən ibarətdir. Bu hekayələrdə hamı danışır: heyvanlar da, ana bətnində olan körpə də, qatil də, qətl edilən də; hər bir obrazın danışdığı həyat hekayəsi böyük sosial, psixoloji, mental problemləri əyani şəkildə göz önündə canlandırır.

Fərqli üslubda və orijinal dildə yazan Çilər İlhan qardaş ölkə ədəbiyyatının müasir inkişaf dinamikasını izləmək baxımından maraqlıdır.

Kitabın redaktoru tanınmış publisisti Anar Mahmudoğludur.

Anar
AzNews.az