İri neft şirkəti Gürcüstan bazarına daxil olur

25 Fevral 2021 15:00 (UTC+04:00)

Gürcüstanın Neft və Qaz Agentliyi və Avstriya-Rumıniyanın “OMV Petrom” şirkəti arasında yaxın günlərdə saziş imzalanacaq.

Bu barədə Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava məlumat verib.

Nazir bildirib ki, 2020-ci ilin yayında xarici şirkət Gürcüstanın Qara dəniz akvatoriyasında neft və qaz resurslarının axtarışı və hasilatı ilə bağlı tenderin qalibi olub. O, sənəddə əldə olunacaq məhsulun pay bölgüsünün təsdiqlənəcəyini qeyd edib.

N.Turnavanın sözlərinə görə, “OMV Petrom” kimi iri şirkətin Gürcüstan bazarına daxil olması ölkədə dayanıqlı investisiya mühitinin olduğunu sübut edir. (report)

AzNews.az