Türkiyədə vəkillər ayağa qalxdı - VİDEO

12 İyun 2013 15:29 (UTC+04:00)

Bu gün Türkiyənin Ədliyyə Sarayında minlərlə vəkil həbs edilməsinə etiraz olaraq kütləvi aksiya keçiriblər.

AzNews.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Ədliyyə Sarayının binasına toplaşan vəkillər "Hər yer Taksim, hər yer dirəniş" şüarları ilə binanı lərzəyə gətiriblər.

Qeyd edək ki, ötən gün Ədliyyə Sarayında Taksim aksiyalarına dəstək məqsədilə aksiya keçirən bir qrup vəkil polislər tərəfindən həbs edilmişdi.




Anar
AzNews.az