Prezident Böyükşor və Zığ gölləri ilə bağlı yeni fərman imzaladı

25 Fevral 2021 16:38 (UTC+04:00)

Prezident İlham Əliyev “Böyükşor gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və istifadəsi sahəsində əlavə tədbirlər haqqında” 26 dekabr 2013-cü il fərmanında və “Zığ gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və ondan istifadə sahəsində əlavə tədbirlər haqqında” 15 oktyabr 2014-cü il tarixli sərəncamında dəyişiklik edib.

AzNews.az xəbər verir ki, dövlət başçısının imzaladığı yeni fərmana əsasən, adları çəkilən göllərlə bağlı səlahiyyətlər İqtisadiyyat Nazirliyindən alınaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinə verilib.

1-ci göllərə aid bütün sənədləri və məlumatları bir ay müddətində 2-ciyə təhvil verməli, Nazirlər Kabineti isə bu fərmandan irəli gələn məsələləri həll etməlidir.