Ermənistanda çevriliş cəhdinə Çavuşoğludan reaksiya VİDEO

25 Fevral 2021 22:00 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistandakı çevriliş cəhdinə münasibət açıqlayıb.

“Haber Global” məlumat verir ki, Macarıstanda səfərdə olan türkiyəli nazir çevriliş cəhdini qınadığını bildirib.

“Qətiyyətlə dünyanın istənilən ölkəsindəki çevriliş cəhdlərinə qarşıyıq, Ermənistandakı cəhdi də qınayırıq. Ordunun demokratiya ilə seçilmiş bir hökuməti istefaya çağırması qəbuledilməzdir. Bu çağırışı şiddətlə qınayırıq”.

Xatırladaq ki, Ermənistanın silahlı qüvvələri ölkənin baş naziri Nikol Paşinyanın istefasını tələb edib. Paşinyan bunu hərbi çevrilişə cəhd kimi qiymətləndirib.