Rusiya MN: “Dağlıq Qarabağ münaqişəsi zamanı “İsgəndər" raket kompleksi tətbiq olunmayıb”

25 Fevral 2021 23:40 (UTC+04:00)

“İsgəndər” raket komplesklərindən heç biri Dağlıq Qarabağ münaqişəsi vaxtı tətbiq olunmayıb”.

AzNews.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

“Bizdə olan obyektiv və etibarlı məlumatlara görə, o cümlədən obyektiv nəzarət sisteminin təsdiqlədiyi məlumatlara görə, Dağlıq Qarabağ münaqişəsi zamanı heç bir “İsgəndər" raket kompleksi tətbiq olunmayıb”, deyə vurğulanıb.

Rusiya MN-dən bildirib ki, raketlər hamısı Ermənistan Silahlı Qüvvələrinin anbarlarındadır.

Nazirlik hesab edir ki, Ermənistanın Baş nazirini komplekslərin istifadəsi ilə bağlı yanıldıblar.(APA)