NATO ermənilərə çağırış etdi

26 Fevral 2021 09:15 (UTC+04:00)

NATO Ermənistandakı vəziyyəti diqqətlə izləyir, tərəfləri eskalasiyadan çəkinməyə və bütün fikir ayrılıqlarını Konstitusiya çərçivəsində dinc yolla həll etməyə çağırır.

Bu barədə alyansın rəsmi nümayəndəsi Oana Lunqesku tvitterdəki hesabında yazıb.

"Biz Ermənistanda baş verən hadisələrin inkişafını diqqətlə müşahidə edirik. Sonrakı eskalasiyaya gətirib çıxara bilən fikirlərdən və hərəkətlərdən çəkinmək zəruridir. İstənilən siyasi fikir ayrılıqları Ermənistanın konstitusiyasına uyğun olaraq dinc və demokratik həll edilməlidir", - o yazıb.

AzNews.az