Mehriban Əliyeva: “Xocalı soyqırımı kimi faciələr unudula bilməz”

26 Fevral 2021 11:04 (UTC+04:00)

Birinci vitse-prezident Mehriban Əliyeva özünün “Instagram” hesabında Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı paylaşım edib.

AzNews.az xəbər verir ki, paylaşımda deyilir:

"Xocalı soyqırımı kimi faciələr unudula bilməz. Günahsız insanların vəhşicəsinə qətlə yetirilməsinə heç nə ilə haqq qazandırmaq olmaz! Biz o dəhşətli hadisələr haqqında həqiqətləri təhrif olunması cəhdlərindən hər zaman qoruyacağıq. Xocalı soyqırımı qurbanlarının işıqlı xatirəsini ehtiramla yad edir, Uca Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyirəm".