Argentinanın səhiyyə naziri COVID-19-a yoluxdu

27 Fevral 2021 10:08 (UTC+04:00)

Argentinanın Səhiyyə naziri Karla Vissotti yeni növ koronavirus infeksiyasına yoluxub.

Bu barədə nazirin özü tvitter səhifəsində yazıb.

Onun sözlərinə görə, martın 1-də parlament iclasının açılışında iştirak etmək üçün koronavirus testi verib:

“Mənə nəticənin müsbət olduğunu söylədilər. Bu baxımdan yaxın günlərdə mövcud protokola əsasən təcriddə olacağam”.

“Todo Noticias TV” kanalına görə, Vissotti ilə görüşən Baş nazir Santiaqo Kafiero da təcrid olunub.

AzNews.az