Lənkəranda kişi qadını səhvən öldürdü

27 Fevral 2021 13:05 (UTC+04:00)

Lənkəran rayonunda yol qəzası olub.

Bu barədə AzNews.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, fevralın 26-da saat 9 radələrində rayonun İstisu qəsəbəsi ərazisində qəsəbə sakini V.Abdullayev idarə etdiyi “İveco” markalı avtobusu arxaya verərkən yolu keçən həmkəndlisi X.Heydərovanı vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Lənkəran Şəhər Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.