Təhsil naziri Mark Herevardla görüşdü

12 İyun 2013 16:11 (UTC+04:00)
Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov UNICEF-in ölkəmizdəki nümayəndəliyinin başçısı Mark Herevard ilə görüş keçirib.

AzNews.az xəbər verir ki, görüş zamanı ölkəmizdə təhsil sahəsində görülən işlər, UNICEF ilə hazırda həyata keçirilən layihələr və gələcək əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.

AzNews.az