Balıqçının torunda İnsan üzlü balıq

27 Fevral 2021 18:15 (UTC+04:00)

İndoneziyada yeni doğulmuş insan üzlü köpək balığı dünyanı heyrətə gətirib.İndi dünya mutasiya keçirmiş bu balıqdan danışır.

İndoneziyanın Rote Ndao adasında balıq ovuna çıxan balıqçı Abdullah Nuren qəribə canlıyla

qarşılaşıb. Belə ki, balıqçının toruna bir köpək balığı düşüb. Səhərisi gün o balığın qarnını yaranda onun üç balasının olduğunu görüb. "Balalardan ikisi anasına bənzəsə də üçüncü insan üzlü idi. Sonradan bu balığın mutasiya keçirdiyini anladım" deyən Abdullah Nuren bu balığın ona şans gətirəcəyinə ümid edir.

AzNews.az