Ermənistan prezidenti baş qərargah rəisini vəzifəsindən azad etmədi

27 Fevral 2021 18:45 (UTC+04:00)

Ermənistan prezidenti Armen Sarqsyan Onik Qasparyanın baş qərargah rəisi vəzifəsindən azad edilməsinə dair sərəncam layihəsini geri qaytarıb.

AzNews.az xəbər verir ki, layihənin ölkə konstitusiyasına zidd olduğu açıqlanıb. Bu addım hökumət rəsmiləri, parlament və qeyri-parlament qüvvələri, silahlı qüvvələrin ali komandir heyəti ilə, aparıcı hüquqşünas və müstəqil ekspertlərlə müzakirə edildikdən sonra atılıb.

O da bildirilib ki, silahlı qüvvələr siyasi məsələlərdə netrallığını qorumalıdırlar.(report)

AzNews.az1845