Azərbaycan əsgəri minaya düşdü

28 Fevral 2021 12:18 (UTC+04:00)

Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Musayev Səhman Qəşəm oğlu minaya düşərək şəhid olub.

AzNews.az xəbər verir ki, bu barədə Səhman Musayevin yaxınları məlumat verib.

Tərxis olunmasına 1 ay qalmış əsgərin Füzuli istiqamətində minaya düşdüyü bildirilib. Şəhidimizin nəşi doğulduğu Göygöl rayonuna gətirilib, bu dəqiqələrdə vida mərasimi keçirilir.

Səhman Musayev Göygölün Şəhidlər Xiyabanında torpağa tapşırılacaq.

Müdafiə Nazirliyindən isə bildirilib ki, hadisə ilə bağlı məlumat veriləcək.

AzNews.az