Bərdədə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
AzNews.az xəbər verir ki, hadisə Yevlax - Bəhrəmtəpə avtomobil yolunun Bərdə rayonu Samux kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
"Vaz -2106", "Vaz-2107" və "Haval" markalı avtomobillər toqquşması nəticəsində 2 nəfər ölüb, bir necə nəfər isə ağır xəsarət alıb. Ölən və yaralananların şəxsiyyəti hələlik müəyyənləşməyib.