BƏƏ-nin səfiri ilk dəfə İsrailə gəlib

1 Mart 2021 12:05 (UTC+04:00)

Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) İsrailə təyin olunan səfiri Məhəmməd əl-Hayya tarixdə ilk dəfə olaraq Təl-Əvivə gedib.

Məlumata görə, o, Təl-Əvivdə koronavirusla bağlı testdən keçəcək.

Bildirilib ki, səfər tanışlıq xarakteri daşıyır. Üç gündən sonra səfir BƏƏ-yə qayıdacaq. Məhəmməd əl-Hayya vəzifə səlahiyyətlərinin icrasına yəhudilərin Pesax bayramından sonra başlayacaq. (report)

AzNews.az