“Azərbaycan var olsun, istəməyən kor olsun“ - Şüar

12 İyun 2013 19:35 (UTC+04:00)
İran prezidentliyinə namizəd Həsən Ruhani təbliğat kampaniyası çərçivəsində Azərbaycanın Təbriz şəhərində olub.


Ruhani azərbaycanlıların səsini qazanmaq üçün fars şovinistlərinə xass olan metoddan istifadə etmək istəyib. Lakin Azərbaycanda artıq öz etibarını itirən irançılar yenədə milli şüarlarla qarşılaşıblar.

Ruhani öz çıxışında "Azərbaycan İranın başıdır", "Azərbaycan İranın mədəniyyət beşiyidir", "Azərbaycan qeyrət simvoludur" və s. kimi fikirlər səsləndirib. Həmçinin öz çıxışında Təbrizdə "Azəri mədəniyyət evi" təsis ediləcəyini söyləyib. Lakin o, azərbaycan türk millətini azəri adlandırdığı üçün soydaşlarımızın "Azərbaycan var olsun, istəməyən kor olsun" şüarı ilə qarşılaşıb.

Məlumata görə. Azərbaycanlıların milli kimliyinin Ruhani tərəfindən təhrif edilməsi, çıxış mərasimində bulunan soydaşlarımız arasında xüsusi etirazla qarşılanıb (GünAzTv).

AzNews.az