Sarkozi həbs olundu

1 Mart 2021 18:30 (UTC+04:00)

Paris Məhkəməsi Fransanın sabiq Prezidenti Nikola Sarkozinin azadlıqdan məhrum edilməsi barədə qərar verib.

AzNews.az xəbər verir ki, bu barədə “France Press” agentliyi məlumat yayıb.

Hökmə əsasən, N. Sarkozi cəzasının bir ilini həbsxanada, yerdə qalan iki ilini şərti olaraq çəkəcək.

Sabiq Prezident korrupsiyada və vəzifədən sui-istifadədə ittiham olunur.