Paşinyan referendum elan etdi

1 Mart 2021 21:14 (UTC+04:00)

“Bu ilin oktyabr ayında ölkədə yeni Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendum keçiriləcək”. “sputnik.am” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Respublika Meydanında keçirilən mitinqdə bəyan edib.

Paşinyan deyib ki, 2015-ci ildə qəbul edilən və 2018-ci ildə qüvvəyə minən Konstitusiyada çox sayda çatışmazlıqlar var: “İnanırıq ki, ən yaxşı seçimi edəcəyik. Bu proses parlament, hökumət, siyasi qüvvələr, prezident və vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilməlidir”.

"Referendumdan əvvəl parlament Konstitusiyanın səsvermə tələb etməyən bəzi maddələrini dəyişdirə biləcək", - Paşinyan əlavə edib. (APA)

AzNews.az