Bakı sakini Saatlıda bıçaqlanıb

1 Mart 2021 23:58 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Saatlı rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə axşam saatlarında Musalı kəndində qeydə alınıb. İlkin məlumata görə, Bakının Binəqədi rayon sakini, 1988-ci il təvəllüdlü Şirinov Nəbi Vaqif oğlu tanımadığı şəxs tərəfindən bıçaq xəsarəti alıb. Yaralı Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.(report)