Nəzərlər Əfv Komissiyasında

2 Mart 2021 09:18 (UTC+04:00)

Bu gün Azərbaycan Prezidenti yanında Əfv məsələləri Komissiyasının növbəti iclası keçiriləcək.

APA-nın məlumatına görə, komissiyanın iclası videoformatda qruplar halında keçirilir.

İclasda komissiyaya daxil olan yeni müraciətlərə baxılacaq.

Qeyd edək ki, komissiya indiyə qədər 450-dən artıq müraciətə baxıb.