Mövlud Çavuşoğlu Anar Kərimovla görüşüb

2 Mart 2021 11:26 (UTC+04:00)

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Azərbaycanın mədəniyyət naziri Anar Kərimov arasında görüş olub.

AzNews.az xəbər verir ki, bu barədə türkiyəli nazir öz tvitter səhifəsində yazıb.

“İşğal zaman Dağlıq Qarabağdakı ziyan dəymiş Azərbaycan mədəni irsinin bərpası üçün hər cür dəstəyi verəcəyik”, - M.Çavuşoğlu qeyd edib.