Ukrayna kanalında Xocalı soyqırımına dair xüsusi reportaj yayımlanıb

2 Mart 2021 16:18 (UTC+04:00)

Ukraynanın “5 kanal” telekanalında Xocalı soyqırımı ilə bağlı xüsusi reportaj yayımlanıb.

AzNews.az xəbər verir ki, reportajda 1992-ci ildə Xocalı şəhərinin blokadaya alındığı və sonra oraya hücumun edildiyi bildirilib.

Ukraynalı jurnalist faciə zamanı ermənilərin insanlıq və bəşəriyyət əleyhinə törətdikləri müharibə cinayətləri barədə Xocalı soyqırımı şahidlərinin fikirlərini öyrənib. Reportajda bildirilib ki, Xocalı soyqırımı zamanı 613 nəfər qətlə yetirilib.

Ukraynalı jurnalist vurğulayıb ki, Azərbaycan 44 günlük müharibədən sonra torpaqlarını işğaldan azad edib.