Sumqayıtda ödəniş terminalı qarət edilib - FOTO

2 Mart 2021 19:14 (UTC+04:00)

Sumqayıtda oğurluq olub.

AzNews.az xəbər verir ki, hadisə şəhərin Corat qəsəbəsində qeydə alınıb. Qəsəbədə yerləşən “Vüsal” marketə daxil olan naməlum şəxs və ya şəxslər oradakı "Milliön" ödəmə aparatını sındıraraq pul kassasını oğurlayıblar. Aparatdan aparılan pul vəsaitinin məbləği hələ müəyyənləşməyib.

Hadisə ilə bağlı polisə məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.(Apa)