Dövlət Bahçeli: “Ermənistan həm terrorçu dövlət, həm də kukladır”

2 Mart 2021 23:11 (UTC+04:00)

Türkiyədə MHP lideri Dövlət Bahçeli partiyasının qrup toplantısında Xocalıda törədilən vəhşilikləri xatırladaraq Ermənistanın terrorçu dövlət olduğunu vurğulayıb.

“Haber Global” məlumat verir ki, Bahçeli Ermənistanı həm də kukla adlandırıb:

“Ermənistan terrorçu dövlət, eyni zamanda kukladır. Ermənistan ordusunun istefa çağırışı gözlənilən taleyin təzahürüdür”.

Ermənistandakı etirazlardan da bəhs edən MHP lideri deyib ki, söhbət Ermənistandan getsə belə, demokratiyanın hakim olmasını istəyirik.