Məşhur şirkət cərimələndi

3 Mart 2021 10:49 (UTC+04:00)

“Rahatlığın Məkanı-Gold" MMC reklam haqqında qanunvericiliyin pozulmasına görə inzibati qaydada cərimə edilib.

AzNews.az xəbər verir ki, Nərimanov Rayon Məhkəməsi şirkəti İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci (müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə) maddəsi təqsirli bilərək 5 000 manat cərimələyib.

"Rahatlığın Məkanı-Gold” MMC-nin direktoru Azər Eyvazov bu qərardan apellyasiya şikayəti verib.

Şirkət Nərimanov rayonunda 7,5 hektar ərazidə yerləşən 16 mərtəbəli, 25 bloklu, 13 yaşayış binasından ibarət kompleksdir.