General Nadim Raza Azərbaycana səfərə gəlib

3 Mart 2021 09:40 (UTC+04:00)

Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Razanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.

Bu barədə AzNews.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Martın 6-na kimi davam edəcək səfər çərçivəsində general N.Raza bir sıra görüşlər keçirəcək.