Tanınmış alim koronavirusdan vəfat etdi

3 Mart 2021 12:05 (UTC+04:00)

Azərbaycanın tanınmış tarixçi alimi, tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli vəfat edib.

O, bu gün 62 yaşında koronavirusdan dünyasını dəyişib.

D.Əzimli bir müddət əvvəl Fövqəladə Hallar Nazirliyinin Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanasına yerləşdirilmişdi.

Qeyd edək ki, Dilavər Mirzəkişi oğlu Əzimli 1959-cu il dekabrın 5-də Cəlilabad rayonunun Ağdaş kəndində anadan olub. O, 1987-1992-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib və həmin fakültənin aspiranturasında saxlanılıb.

D.Əzimli 1992-1994-cü illərdə Xarici İqtisadi Əlaqələr Nazirliyində aparıcı mütəxəssis vəzifəsində işləyib.

1994-cü ildən 2004-cü ilə kimi Azərbaycan mətbuatında müxtəlif qəzet və jurnallarda çalışıb. 2003-cü ildən AMEA-nın Tarix İnstitutunun “Azərbaycanın orta əsrlər tarixi” şöbəsində çalışıb, eyni zamanda Azərbaycan Dövlət Pedaqoji Universitetində "Türk və Şərqi Avropa xalqları" kafedrasında müəllim işləyib.

D.Əzimli milli-azadlıq hərəkatının fəallarından biri olub.

Allah rəhmət eləsin!